Hamilə qadını evin içində güllələyib qaçdılar – VİDEO

Hamilə qadını evin içində güllələyib qaçdılar – VİDEO

İstanbulda hamilə qadın və yanındakı rəqfiqəsi mənzildə güllələnib.

DOSYE.ORG xəbər verir ki, hadisədən sonra 4 şübhəli təhlükəsizlik kameralarına düşüb.

Məlumata görə, gecə saatlarında baş verən hadisədə maskalı şəxslərin 5 mərtəbəli binanın birinci mərtəbəsindəki mənzilə girdiyi iddia edilir. Hücum edənlər 23 yaşlı Gültekin Gezeri güllələyiblər. Daha sonra hamilə olan Kader Küçük Coşkun da güllələnib. Silah səslərini eşidənlər xəbər verdikdən sonra hadisə yerinə polis və təcili yardım sövq edilib. Təcili yardım əməkdaşları hər iki qadının həyatını itirdiyini təyin edib.

Hücum edənləri tutmaq üçün polis əməliyyatlara başlayıb. Hadisənin baş verdiyi mənzilin yaxınlığındakı küçədən keçən 4 şübhəlinin təhlükəsizlik kameralarına düşdüyü müəyyən edilib. Görüntülərdə hadisəni törətdiyi iddia edilən 4 şübhəlinin sürətlə ərazidən uzaqlaşdığı görünür.

COMMENTS