“Hansı məhkəmənin qapısını döysəm, qalib olacam” – Nisə Qasımova

“Hansı məhkəmənin qapısını döysəm, qalib olacam” – Nisə Qasımova

“Dünyanın bütün titullarını mənim ünvanıma dediniz, axı öz çəkimi bilirəm. Axı onlara layiq deyiləm. Mənə dünyanın kraliçası de, nə olsun? Əməkdar və Xalq artisti oldum, bundan gözəl nə ola bilər?”.
Bu sözləri Xalq artisti Nisə Qasımova “Günün sədası” verilişində deyib. Müğənni “Xoşbəxt qadınsınız” sualına belə cavab verib:
“Əlbəttə, xoşbəxtəm. Bəzi qadınlara sual verəndə xoşbəxtsən, problemlərini ortaya atırlar. Qazandığım nüfuz mənə xoşbəxtçilik gətirir. Səhər yuxudan oyananda həyətdə gəzirəm, toyuğa dən verirəm. Açırsan toyuq, hündüşka qarşına qaçır. Xoşbəxtçiliyin ölçülən meyarları var: pul, maşın, var-dövlət. Pul gözəldir, sənə səhnənin əla müğənnisi adını gətirə bilər”.
Qasımova plastik əməliyyat etdirməsi ilə bağlı sualları da cavabsız qoymayıb:
“Bəzən elə başlıq yazırlar ki… Başıma gəlsin. Bahalı telefonla şəkil çəkəndə səliqəli oluruq. Hərənin üzündə bir qırış var. Nədən olmasın? Sifarişlə yazılıb. Kimdənsə zəhlən gedir, xoşun gəlir, əcəb edirsən. Əvvəl müğənniləri qınayırdım ki, kimisə məhkəməyə verdi. Əcəb edirlər. Dilinin, sözünün, əməlininü stündə dayana bilməyəni məhkməyə verərlər. Haqlıyamsa, hansı məhkəmənin qapısını döysəm, udacam. Baxın görün əməliyyat etmişəm, ya yox. Nəyi gizlədəcəm, sivil dünyada yaşayırıq”.
DOSYE.ORG

COMMENTS