Hava ilə bağlı  XƏBƏRDARLIQ

Hava ilə bağlı XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə  yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a verilən məlumata görə, səhər duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz  cənub küləyi ilə əvəz olunacaq.

Mayın 11-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 7-12, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

DOSYE.ORG

COMMENTS