Top.Mail.Ru

“Neftçi” futbol klubunun forvardı Mirabdulla Abbasovla müsahibə

Bu gün Tofiq Bəhrəmov adına stadıonda Dosye.org-un  qonagı “Neftçi” futbol klubunun 22 nömrə altında oynayan futbolçusu Mirabdulla Abbasov idi. Cavan və prespektivli futbolistlerden biri olan M. Abbasov jurnalistin suallarını cavablandırdı. 

-Bu gün Sizin üçün komandada yaradılmış şərait qani edir mı? Misal üçün, maddi dəstək, esas məqşqçi və digər futbolistlərlə münasibət?

Ümumi götürsək, komandada abu hava çox yaxşıdır, məşqçi ilə münasibətim də yaxşıdır. Məşqçimiz dəyişildi, Robert Bordini, onunla münasibətim yaxşıdır. Ümumiyyətlə, her şey qanı edir.

-“Real Madrid”, “Barusiya” və “Seviliya” kimi komandalarda və futbolçularla oynamaga özünüzü hazır hesab edirsinizmi?

Düşünürəm ki, komanda hələlik buna hazır deyil (gülür), amma bəlkə bir vaxt ola bilər.

-Hər futbolçunun karyerasında kuliminasiya nəqtəsi kimi onu öz ölkəsinin yigma komandasına dəvət olunduuı hesab edilir. İnanıram ki, Özünüzü bu komandada görürsünüz mü? Sizin Azərbaycan yigmasında görmək istəyənlərin çox oldugunu bilirisniz ümud edirəm? Oyunda 90 deqiqə oynayaraq, komandaya xeyir gətirəcəyinizi hiss edirsinizmi?

Bəli, mən özümü hazər hesab edirəm, amma hələlik çagırılmamışam. Əsas məşqçinin bu məsələyə ilə əlagıdar fikrinə hörmətlə yanaşıram. Çoxları deyirdi ki, məni bu yigmalara çagıracaqlar, həm komanda həm də bizim məqşçi. Amma bu məni üzmür, əksinə məşqçinin üeyd etdiyi və mənim bildiyim səhvləri düzəltməyə və daha çox məşq etməyə motivasiya verir. Gələcəkdə, Allahın köməyi ilə, dəvət olunacagımı düşünürəm.

Oyunçularımızın fiziki dayanıqlığı avropalı futbolistlərdən 50% daha az olduğunu və bu oyuna təsir etdiyini qəbul edirsiniz? İlk 45 dəqiqə yaxşı oynayırlar, ikinci yarıda isə Avropa klublarının oyunçulardan taktikalara və sürətə doğru geriləməyə başlayırlar.
Bəlkə bizim çempionat Avropa çempionatları kimi güclü deyil, çünki sürət tam fərqlidir. Və bir çox futbolçu və mən, məsələn, 90 dəqiqə yalnız təlim vasitəsilə oynamaq üçün bu hazırlıq edə bilməz. Oyunlar 90 dəqiqə üçün hazır olmağa kömək edir və onlar da fərqli bir tempdədirlər.

-Mən istərdim ki, bütün Azərbaycanın sevdiyi futbolçudan futbol oynamağa və sevməyə öyrədən və minnətdar olduğunuz ilk məşqçiyi deyəsiniz. Onun əlbəttə ki, xoşuna gələcək bu barədə oxuyanda və mən onun bu haqqında fikirlərini öyrənməyə çalışaram. Düşünürəm ki, Sizin üçün də maraqlı olar.

Bəli, əlbəttə, mənə də maraqlı olardı. Mən Sizə iki nəfərin adını çəkə bilərəm, çenki mən futbola “İnter” klubunda başlamışam və Roman Cəfərov mənim məqçim olub, sonra isə mən “Neftçi” klubuna keçdim və İslam Kərimov məşqçim olub. Bu insanlar mənim üçün böyük i.lər edib, əlbəttə onların mənə sərf etdiyi gücə görə mən indi oynayıram.

-Siz ailədə iki qardaşsınız və ikiniz də profesional futbolçusunuz. Sizin futola gəlmyinizdə valideyinlərinizin rolu haqqında danışmagınızı istərdim.

Anamın atası hər zaman deyirdi ki,  qardaşımı futbola yönəldəcək, amma təssüf ki babam rəhmətə getdi. Qardaçım bir ilə yaxın futbolla məşqul idi, və bir gün atamla qardaşımın məşqinə baxmaga getdik, və elə alındı ki, mən də o gün məşq etməyə başladım. Hər şey belə başladı.

-Qardaşınızın komandasına qarşı oynarkən nə hiss edirsiniz? Sahədə güzəştlər edirsiniz?

Qardaş olaraq deyil, rəqib kimi görüşürük, buna görə bir-birimizə güzəşt etmirik.

-Futboldan başqa hansı idman növləri ilə məşqul olursunuz və futbolçu olmasaydınız özünüzü harda görürsünüz, kim olmaq istəyirsiniz?

Bunu demək çox çətindir, özümü dərk etməyə başladığımdan futbol oynayıram və həyatımda futbol olmadan təsəvvür edə bilmərəm. Təsəvvür edə bilmirəm nə ola bilər, futbolla yolumu ayırsam, Allah eləməsin, travma və ya digər məsələyə görə.

-Hər kəsin uşaqlığında bir xəyalı var, bəs Sizin xəyalınız nə idi?

Mən xəyal etmədən öncə artıq futbola getdim. (gülür)

-Gizli istedadlarınız nədir?

Yaxşı, məsələn, voleybol və basketbol oynamağı çox sevirəm. Bazamızda bir səbət var və bəzən uşaqlarla oynayırıq. Hobbi kimi oxuyuram, amma nadir hallarda.

-Son günlər hər kəs Habibin Conor üzərində qələbəsindən danışır. Döyüşdən sonra döyüş və hadisə ilə bağlı fikirlərinizi bilmək istəyirəm.

Həbibə dəstək verirəm, çünki döyüşün əvvəlində Habibi və atasını və bir neşə dəfə dinini təhqir etdi. Düşünürəm ki, o, emosiyaya qapildı, amma sonra üzr istədi. Mən Həbibin əməlinin tamamilə normal olduğunu düşünürəm.

Mənə vaxt ayırdıgınız üçün təşəkkür edirəm, böyük naliyyətlər arzulayıram!

Müsahibəni hazırladı Nəzri Əlisoy

COMMENTS