“Heç bir ölkə Avropa Oyunlarını Azərbaycandan yaxşı təşkil edə bilməzdi”

“Heç bir ölkə Avropa Oyunlarını Azərbaycandan yaxşı təşkil edə bilməzdi”

“Bu gün Azərbaycan nəinki region, həmçinin bütün İslam ölkələri üçün nümunədir”. Bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili deyib.

O bildirib ki, Azərbaycanın I Avropa Oyunlarını keçirməsi ölkənin nikbin və aparıcı rolundan xəbər verir: “Bundan başqa, 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunları keçirəcək və əminəm ki, bu tədbir də yüksək səviyyədə təşkil olunacaq”.

Diplomat qeyd edib ki, I Avropa Oyunlarının açılış mərasimi bütün gözləntiləri üstələyib: “Başqa bir ölkənin daha yaxşı açılış mərasimi təşkil edə biləcəyini düşünmürəm”.

COMMENTS