“Çox maraqlı oyun alındı. Ən az qol vuran və ən az qol buraxan komandaya qarşı mübarizə apardıq. Oyunda bircə qol çatışmadı. Hər iki komanda qol vurmağa layiq idi”.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda “İnter”ə qarşı bərabərə qaldıqları oyundan (0:0) sonra deyib.
O, nəticəni ədalətli hesab edib:
“Meydançaya üç xal qazanmaq üçün çıxmışdıq. Amma heç-heçəni daha ədalətli nəticə sayıram”.
COMMENTS