Bakıda qohumlar arasında dava düşüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Bakı şəhər sakinləri, 1976-cı il təvəllüdlü Xəyal Zülfəli oğlu Alşanov, qardaşı – 1974-cü il təvəllüdlü Ramiz, qardaşı oğlu – 1994-cü il təvəllüdlü Ramid, 1989-cu il təvəllüdlü Nihad Nazim oğlu Məmmədov, Valeh Xəlil oğlu Süleymanov və Əli Elxan oğlu Abıyev xuliqanlıq zəminində bir birlərini döyüblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
COMMENTS