Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə təntənəli bayram konserti

9 may 2015-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azad Azərbaycan Televiziyasının birbaşa yayımı ilə Koroğlu Rəhimov küçəsi 3 ünvanda yerləşən yeni salınmış parkdaxalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə təntənəli bayram konserti keçirilib.

Rayon İcra Hakimiyyəti rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ziyalıların, şəhər sakinlərinin və qonaqların qatıldığı konsertdə tamaşaçılara tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı təqdim edilib.
Bayram ab-havasını əks etdirən xüsusi geyimli gənc fəalların konsertin gedişatı boyuncaüçrəngli bayraqlarımızı dalğalandırması tamaşaçılarda ruh yüksəkliyi yaradaraq, böyük coşqu ilə qarşılanıb.
Konsert proqramını daha baxımlı və rəngarəng etmək üçün səhnədə xüsusi işıqlandırma və lazer şousu və yaxın günlərdə paytaxtımızda keçiriləcək 1-ci Avropa Oyunlarını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Gecəyədək davam edən konsert proqramı onuböyük coşqu və maraqla izləyən sakinlərdə və şəhərimizin qonaqlarında zəngin təəssüratlar yaradıb.

Sonda ənənəvi olaraq möhtəşəm atəşfəşanlıq olub.

COMMENTS