Heydər Əliyev Mərkəzindən yanğın xəbərinə- rəsmi reaksiya

Yanğın olmayıb

Heydər Əliyev Mərkəzi bu qurumun inzibati binasında yanğın olması barədə xəbərlərə münasibət bildirib.

Mərkəzdən “Qafqazinfo”ya bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Mərkəzində yanğın olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Heydər Əliyev Mərkəzinin ictimatiyyətlə əlaqələr departamentinin rəhbəri Gülşən Əliyevanın verdiyi məlumata görə, bayram günləri ilə əlaqədar qeyri-iş günü olduğu nəzərə alınaraq Heydər Əliyev Mərkəzində təlimlər keçirilib. Qrafikə uyğun olaraq iyulun 27 və 28-də fövqəladə hallar və təhlükəsizlik qüvvələrinin təlimi təyin edilib. Buna uyğun olaraq da Mərkəzdə təlimlər keçirilib.

COMMENTS