“Doğrudur, o diplomatdır, toxunulmazıq statusu var, amma bu cinayət işi qaldırılacaq və Azərbaycan xarici İşlər Nazirliyinə göndəriləcək,”
Azərbaycanın Qırğızstandakı səfiri Hidayət Orucova qarşı xüsusi ittiham qaydasında cinayət işi qaldırıla bilər. Qırğızstandakı Azərbaycan diasposunun liderlərindən olan Nüsrət Məmmədova qarşı mübarizə aparan və paytaxt Bişkekdə Heydər Əliyev parkı layihəsini öz əlinə keçirməyə cəhd edən Hidayət Orucov bu ölkənin hüquq mühafizə orqanlarına, o cümlədən, Milli Təhlükəsizlik Nazirliyinə yazdığı məktubda Nüsrət Məmmədovu ən müxtəlif cinayətlərdə ittiham edib. Bundan sonra o, Bişkek şəhər bələdiyyəsinin bəzi üzvləri ilə danışığa girərək Heydər Əliyev parkı ilə bağlı məsələnin şəhər bələdiyyəsinin gündəliyinə salmağa nail olub.
Amma Nüsrət Məmmədovun verdiyi izahatdan sonra bələdiyyə bu məsələni gündəlikdən çıxarıb. Nüsrət Məmmədov Qırğızstan prokurorluğuna şikayət ərizəsi yazaraq ona böhtan atdığına görə səfir Hidayət Orucova qarşı cinayət işinin qaldırılmasını tələb edir. Qırğızstan prokurorluğundan azerbaycansaati.tv-yə verilən bilgidə təsdiq edilir ki, səfirə qarşı 329-cu maddə əsasında xüsusi ittiham qaydasında cinayət işi qaldırıla bilər. ,,Doğrudur, o diplomatdır, toxunulmazıq statusu var, amma bu cinayət işi qaldırılacaq və Azərbaycan xarici İşlər Nazirliyinə göndəriləcək,,- deyə prokurorluq nümayəndəsi bildirib.(azadliq.info)
COMMENTS