Hikmət Hacıyev: “Azərbaycan-ABŞ əlaqələri son 30 ildə uğurlu olub”

Hikmət Hacıyev: “Azərbaycan-ABŞ əlaqələri son 30 ildə uğurlu olub”

“Azərbaycan-ABŞ əlaqələri son 30 ildə inkişaf, dostluq və tərəfdaşlıq baxımından uğurlu olub”. Bunu prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan 11 sentyabr terrorundan sonra ABŞ-ın başlatdığı mübarizədə hərbi və logistik dəstək göstərib: “Azərbaycan son 30 ildə yaxşı dost olduğunu sübut edib. Öz növbəsində ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin suverenliyi və müstəqilliyini gücləndirir. Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib”.

Prezidentin köməkçisi, həmçinin Azərbaycanın ABŞ-a İraq və Əfqanıstandakı missiyalarında dəstəyini vurğulayıb.

DOSYE.ORG

COMMENTS