Hikmət Hacıyev: “Təəssüf ki, Ermənistan sülh danışıqlarına başlamaqla bağlı təklifə cavab verməyib”

Hikmət Hacıyev: “Təəssüf ki, Ermənistan sülh danışıqlarına başlamaqla bağlı təklifə cavab verməyib”

“Bu gün Azərbaycanla Ermənistan arasında gündəlikdə duran və müzakirə olunacaq kifayət qədər məsələlər var”.

Demokrat.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın regional sülhü və təhlükəsizliyi gücləndirmək üçün bir sıra təklifləri var: “Bu təkliflərdən biri də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamaqdır. Amma təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də buna cavab verməyib”.

DOSYE.ORG

COMMENTS