Hikmət Mirzəyevin sanksiya siyahısına daxil edilməsi… – ETİRAZ

Hikmət Mirzəyevin sanksiya siyahısına daxil edilməsi… – ETİRAZ

“Hikmət Mirzəyevin timsalında bəzi hərbçilərimizin beynəlxalq sanksiyaya məruz qalmasını ədalətli saymıram. Hesab edirəm ki, həbçilərimiz uzun illərdən sonra güc yolu ilə işğal altında olan əraziləri azad ediblərsə, bu, yerli və beynəlxalq hüquq normalarına uyğun olub”.

Bunu Gununsesi.info-ya açıqlamasında Müdafiə Xətti İnsan Haqları Təşkilatının rəhbəri Rüfət Səfərov ABŞ Konqresinin bir qrup üzlərinin Azərbaycanın bir sıra yüksək vəzifəli şəxslərinə sanksiya tətbiq edilməsi təşəbbüsünü şərh edərkəın deyib.

Azərbaycanda insan haqları sahəsində vəziyyətin yaxşı olmadığını önə çəkən hüquq müdafiəçisi hesab edir ki, insan haqlarını pozan şəxslərlı , ölkənin suverenliyini təmin edən şəxslərin arasında fərq olmalıdır: “Hesab edirəm ki, Azərbaycan torpaqlarının azad olunmasında rolu olan şəxslərin adının sanksiya siyahısına daxil edilməsi, Azərbaycan cəmiyyəti tərəfindən də müsbət qarşılanmayıb”.

COMMENTS