Hindistan və Ermənistan arasında hərbi əməkdaşlıq

Hindistan və Ermənistan arasında hərbi əməkdaşlıq

Mayın 14-də Ermənistan və Hindistanın Müdafiə Nazirlikləri arasında ilk müdafiə məsləhətləşmələri baş tutub.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

İclasa Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan və Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə birgə katibi Şri Vişveş Negi rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı müdafiə sahəsində, o cümlədən hərbi-texniki əməkdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, təcrübə mübadiləsi və digər sahələrdə Ermənistan-Hindistan əməkdaşlığının gedişatı və inkişaf perspektivləri müzakirə olunub.

Regional təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Ermənistan və Hindistan Müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı təsdiq edilib.

COMMENTS