Hindistanın cənubunda Karnataka ştatında avtobusun kanala düşməsi nəticəsində ən azı 30 nəfər ölüb.
Dosye.org “NDTV” telekanalına istinadən verdiyi məlumata əsasən, avtobusda olan 4 nəfər xilas etmək mümkün olub. Ölənlərin arasında 5 uşqğın olduğu bildirilir.
Qeyd olunur ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.
Dosye.org
COMMENTS