Hizbullah Rusiya istehsalı raketlər əldə edib

Hizbullah Rusiya istehsalı raketlər əldə edib

Lvanın “Hizbullah” qruplaşması Rusiya və Sovet istehsalı olan P-800 “Yaxont” gəmi əleyhinə raketləri ilə silahlanıb.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən yazıb.

Agentliyin məlumatına görə, raketlərin Suriyadan gəldiyi güman edilir. Suriyada 2011-ci ildə gedən vətəndaş müharibəsində qruplaşma prezident Bəşər Əsədin qüvvələrinin tərkibində döyüşüb.

 

Raketlərin Hizbullaha dəqiq nə vaxt çatdırıldığı açıqlanmır.

COMMENTS