Hüquq müdafiəçisinin barəsində həbs qətimkan tədbiri seçildi

Göyçay Rayon Məhkəməsi hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə müsavat.com-a onun yaxınları məlumat verdilər: “3 gün onu polis şöbəsində saxlayandan sonra fevralın 26-da saat 17 radələrində məhkəməyə gətirdilər və hakim 5 dəqiqəlik proses keçirərək, barəsində həbs qətimkan tədbiri seçdi”.

Yaxınlarının bildirdiyinə görə T.Xasməmmədov fevralın 24-də səhər saatlarında anası ilə birgə mebel salonuna gələrkən bir nəfər şəxs hüquq müdafiəçisinə yaxınlaşaraq onun üzünə tüpürüb və dərhal yerə yıxılaraq çabalamağa başlayıb.  Dərhal da polislər T.Xasməmmədovu həbs edərək aparıblar.

Yaxınları bildirir ki, hüquq müdafiəçisinin həbsi son vaxtlar aktiv şəkildə hüquqları pozulan insanların problemlərini ictimailəşdirməsi və tənqidi çıxışları ilə bağlıdır. Hüquq müdafiəçiləri hesab edir ki. vicdan məhbusu statusunda prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmış T.Xasməmmədovun yenidən həbs edilməsi hökumətə problemlər yaradacaq.

COMMENTS