Hüseynbala Mirələmova məxsus “Min Bir Gecə” İstirahət Mərkəzində şəhid ailəsi təhqir olunub?

Hüseynbala Mirələmova məxsus “Min Bir Gecə” İstirahət Mərkəzində şəhid ailəsi təhqir olunub?

Dünən günorta saatlarında Bakının Şıxov qəsəbəsində fəaliyyət göstərən “Min Bir Gecə” İstirahət Mərkəzində şəhid ailəsi ən ağır formada təhqir olunub. Bu barədə DOSYE.ORG-a daxil olan məlumatda bildirilir.

Məlumat verən mənbə bildirir ki, Altay Şiriyev adlı şəxs həmən xanımı təhqir etdıkdən sonra hadisəyə digər şəxslərdə mudaxilə edib. Hazırda əməkdaşlarımız həmən şəhid ailəsinin yaşadığı ünvanını dəqiqləşdirir.

Məlumatın nə qədər real olub-olmadığını araşdırmaq məqsədi ilə Altay Şiriyevlə telefon əlaqəsi yaratdıq. Özümüzü təqdim etdikdən sonra baş verən hadisə ilə bağlı suallar verdik. Lakin adı hallanan şəxs suallarımızdan yayınmaq məqsədi ilə bizə qarşılıqlı suallar ünvanladı. Mövzüdan kənar çıxmamağı xahiş etsək də, A. Şiriyev bizi də təhqir etdi. Görünür, sahibkar əxlaqına uyğun davranır və heç kimdən qorxmadığını söyləyir. Maraqlı məqam ondan ibarətdir ki, A. Şiriyevə mərkəz necə həvalə olunub? Vətəndaşlarla, jurnalistlərlə və digər şəxslərlə danışarkən etik qaydalarına riayət edə bilməyən şəxs heç bir halda qəbul edilməz.

Dərin araşdırmalardan sonra məlum oldu ki, “Min Bir Gecə” İstirahət Mərkəzi eks-deputat Hüseynbala Mirələmova məxsusdur. Lakin Altay Şiriyev icarə əsasında obiyekti işlədir. Yaş həddi ilə əlaqədar polis orqanlarından xaric edlən polis polkovniki A. Şiriyevlə bağlı Daxili İşlər Nazirliyinə, Qida Təhlükəsizlik Agentliyinə və digər qurumlara rəsmi müraciət olunacaq. Onu da nəzərinizə çatdıraq ki, baş verən hadisə ilə bağlı şəhid ailələri və qazilər bərk narahatdır.

Yazı hazırlanarkən Altay Şiriyev yenidən redaksiyamızla əlaqə saxladı. Bizi hədələməkdən çəkinməyən sahibkar durmadan telefonumuza zəng etməkdən belə çəkinmir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

1001 Gecə - Restoranlar | Kataloq GoMap.Az

COMMENTS