Hüquq müdafiəçisi həbs edildi?-ŞOK

Rəsul Cəfərovun prokurorluqdan məhkəməyə aparıldığına dair məlumat yayılıb

 

Bu gün tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov Baş Porkurorluğun Ağır Cinayətlərə Dair İdarəsinə çağırılıb və oradaca barəsində saxlanılması qərara alınıb. JAM.AZ xəbər verir ki, bu barədə jurnalist Pərviz Əzimov məlumat yayıb.

Facebookdakı hesabında məlumat yayan jurnalist bildirib ki, az öncə Cəfərovu məhkəməyə aparıblar. “Yəqin ki, haqqında həbs hökmü çıxaracaqlar”.

Məlumatı dəqiqləşdirməyə çalışırıq.

JAM.AZ xatırladır ki, bir neçə gün əvvəl Rəsul Cəfərov özü məlumat yaymışdı ki, istintaq orqanları onun evində axtarış aparıblar, lakin heç nə tapa bilməyiblər. “Mən onlara əvvəlcədən demişdim ki, evdə heç nə yoxdur. Bütün sənədlər qohumlarımdan biri gildəydi. Axtarışdan sonra həmin sənədləri özüm arapıb prokurorluğa verdim. Bizim gizli heç bir işimiz yoxdur. Heç kim narahat olmasın”.

COMMENTS