İbrahimoviç Yer kürəsinə öz planetindən gəldiyini deyib

İbrahimoviç Yer kürəsinə öz planetindən gəldiyini deyib

Amerikanın Əsas Futbol Liqasının (MLS) “Los Angeles Galaxy” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç Yer kürəsinə öz planetindən gəldiyini deyib.

Dosye.org  xəbər verir ki, onun sözlərini BBC sitat gətirib.

“Mən öz şəxsi platenimdən gəlmişəm. Onu heç kim görməyib. Mən getto deyilən yerdən gələn oğlanam. İnsanlar mənə fərqli baxırdılar, məni özümü xoş hiss etməyə təşviq etmirdilər. Lakin mən başqa bir şeylə gəldim və indi onlar bunun ardınca gedirlər. Mən öz şəxsi planetimdən – Zlatan planetindən gəlmişəm”, – deyə İbrahimoviç bildirib.

Bundan əvvəl onun İtaliyanın “Milan” komandasına keçməyə yaxın olduğu xəbər verilib.

Dosye.org

COMMENTS