İçərişəhərdəki restoranda lift qırılıb?

İçərişəhərdəki restoranda lift qırılıb?

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) bu gün mətbuatda və sosial şəbəkələrdəki yayılmış məlumatlara cavab olaraq ictimaiyyətin nəzərinə çatdırır ki, 5 aprel 2022-ci il tarixində İçərişəhər ərazisində yerləşən restoranların birində qırılıan lift barəsindəki məlumatlar həqiqəti əks etdirmir.

“DOSYE.ORG” xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Bildirilir ki, İçərişəhər ərazində belə bir hadisə baş verməyib.

*** 17:54

İçərişəhərdə yerləşən restoranlardan birində lift qırılıb.

“Ölkə.Az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Xəsarət alan şəxslər 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanovdur.

COMMENTS