Lerikin “xan”ı Rövşən Bağırovla bağlı maraqlı sənəd
Lerikin icra başçısı Rövşən Bağırovla bağlı redaksiyamıza maraqlı sənəd daxil olub. Həmin sənəd rayon sakini İlham İbadovun Rövşən Bağırova ünvanladığı ərizədir. Ərizənin mətni ilə işimiz yox. Diqqətimizi çəkən icra başçısının ərizəyə qoyduğu dərkənardı. Bu dərkənar Rövşən Bağırovun savad səviyyəsini nümayiş etdirir. Belə ki, dərkənara diqqət etdikdə aydın olur ki, rayon rəhbəri olan bu şəxs “əmr” sözünü yaza bilmir. Rövşən Bağırov nədənsə elə düşünür ki, “əmr” sözü “əmir” kimi yazılır.
COMMENTS