İcra başçısı əmr etdi: Polis dəyənək işlətdi

Bu dəqiqələrdə Gəncə şəhərində vəziyyət heç də ürəkaçan deyil. Bu sözləri dosye.org-a Gəncə şəhərində olan mənbəmiz bildirdi. Onun dediyinə görə müsəlmanların müqəddəs saydığı məhərrəmlik ayı arzuolunmaz hadisə ilə yadda qalıb.

Belə ki, Gəncənin Şah Abbas məscidi, Şahsevənlər məscidi və Qazaxlar məscidi dindarlar üçün qapadılıb. Gəncə ŞİH-nin başçısı Elmar Vəliyevin göstərişi əsasında 400 yaxın polis dəyənək ilə dindarlara hüçüm edərək onları dağılışmağa başlayıb. Bu zaman polis nəfərləri dindarlara zor tədbiq edərək bir qismini dözülməz hala salıb.

Əldə etdiyimiz son məlumatlara görə çoxlu sayda dindar polis idarəsinə aparılıb. Məscidlərin ətrafına isə yaxınlaşmaq belə mümkün deyil. Gəncə şəhərin bütün idarə, müəssisə və təşkilat rəhbərləridə məcburi qaydada əraziyə nəzarətçi qismində çəlb edilib.

Görünür, icra başçısı ölkədə sabitliyin qorunmasında maraqlı deyil. Respublikanın ikinci iri şəhəri  Gəncədə bü cür halların yaşanmasını arzulamazdıq. Etiraf edək ki, Elmar Vəliyevin düşünülməmiş addımı Gəncə şəhərində etirazla qarşılanır. İnanırıq ki, Gəncə şəhərində baş verən hadisələr nəzarətə götürüləcək.

Əlavə məlumat daxil olan kimi ixtiyarınıza veriləcək.

Dosye.org

COMMENTS