İcra başçısı bələdiyyə sədrini “yüklədi”

Bərdə Rayon İcra Hakimiyyətində 9 ayın yekunlarına həsr olunmuş iclasda hesabatla çıxış edən icra başcısı Vidadi İsayev şəhər bələdiyyəsinin sədri Hikimət Sadıqova işini düzgün aparmağı tapşırıb.

 

“Qafqazinfo” xəbər verir ki, başçı sədri danlayaraq deyib: “Sənin işin ancaq yatmaqdan ibarətdir, ortada yeyib qıraqda gəzənsən”.
Başçı şəhər üzrə nümayəndəsi Əli Fərzəliyevə tapşırıq verib ki, gözü bələdiyyə sədrində olsun.
Bundan başqa, icra başçısı Güloğlular bələdiyyəsinin sədri Kazım Quluyevi və kənd icra nümayəndəsi Əli Rüstəmovu da tənqid atəşinə tutub. Bildirib ki, nə bələdiyyə sədri, nə də icra nümayəndəsi kənddə abadlıq işləri görmür, yol kənarları zibilxanaya çevrilib.
Qeyd edək ki, icra başcısı qısa zamanda icra nümayəndələrinə və bələdiyyə sədrlərinə işində dönüş yaratmağı tapşırıb.

COMMENTS