İcra başçısı şikayətçinin atasını həbs etdirdi?

Aqil Məmmədovun kəlbəcərli qadının başına gətirdiyi oyun Prezident Admnistrasiyasını da hiddətləndirib

 

Kəlbəcərin icra başçısı Aqil Məmmədov ondan şikaytəçi düşmüş rayondakı musiqi məktəblərindən birində dərs deyən müəlliməni cəzalandırmaq üçün «orjinal» varianta əl atıb.
Dosyeşorg  jam.az-a istinadən xəbər verir ki, icra başçısı rayon sakini olan müəllimənin ondan şikayət etməsini sərt şəkildə qarşılayıb.
Amma qadının özünə bir şey etməyib. Əvəzində onun yaşlı atasını xidməti maşınına mindirərək, Kəlbəcər rayon Polis Şöbəsinə aparıb. Gəncədə yerləşən polis şöbəsində isə icra başçısı rəisdən həmin şəxsin həbs edilməsini tələb edib. İşin ən ilginc tərəfi odur ki, icra başçısı bu hərəkəti iki dəfə edib. Lakin hər ikisində də polis rəisi heç bir əsas olmadan rayon sakinini həbs edə bilməyəcəyini deyib.
Məlumatda o da deyilir ki, məsələ bununla bitməyib. Musiqi müəlliməsinin işdən çıxarılmasından dolayı yaranmış vəziyyət hətta Prezident Admnistrasiyası səviyyəsində müzakirəyə çıxarılıb. Xüsusən də şikayətçinin atasının polisə «təhvil verilmə» məsələsi işləri çığırından çıxarıb. Məlumatlara görə, icra başçısı Aqil Məmmədov bu məsələyə görə tənbeh edilib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS