Bu gün Azərbaycan Nəşriyyatında keçirilən mətbuat konfransi sözün həqiqi mənasında böyük marağ doğurdu. Xocavənd rayon sakinləri rayonun icra başçısı haqqında iddialarla dolu fikirlər səsləndirdilər, narazılıqlarını media nümayindələrin diqqətinə çatdırdılar. Belə ki, bir qurup rayon sakini Xocavənd RIH başçısı Eyvaz Hüseynovun üzün müddət işlədiyi dövürdə yol verdiyi nöqsanları və saxtakarlıqları barədə jurnalistlərə geniş məlumat verərək, məsələni dövlət başçısı cənab Ilham Əliyev diqqətinə çatdırılmağını ümüd etdiklərini söylədilət. Onların iddialarına görə E. Hüseynov rayonun bütün torpaqlarına sahib çıxıb, əmlaklarını əllərindən alıb. Şikayətçilər daha sonra vurğulayırlar ki, E. Hüseynov 29 ildir eyni vəzifə sahibidir və kifayət qədər obiyektlərı, hektarlarla tut bağları, üzüm bağları, istirahət məkanları, çörək sexi və digər gəlir sahələrinə sahibdir. Rayon sakinləri daha sonra əlavə edirlər ki, icra başçısı şəhid ailələrini, Qarabağ əlillərini qəbul etmir, onları dinləmir. “Kiçik padşah” ləqəbi ilə tanınan Eyvaz Hüseynov beləliklə 29 il eyni vəzifəni zəbt edib. Əslində, üzün müddət işğalda olan Xocavənd rayon sakinləri öz əziyyətləri hesabına çətinlikləri dəf ediblər. Görünür, Xocavənd RIH başçısı Eyvaz Hüseynov rayonda olduqca ciddi problemlər yaradıb. Maraqlı məqam ondan ibarətdir ki, narazı kütlə şəhid ailələri və qazilərdir. Ən maraqli iddi isə icra başçısinin Milli qəhrəman qardaşı olan Ibad Hüseynovla bağlıdır. Növbəti yazılarımızda bu barədə geniş məlumat veriləcək. Bizi izləməyi unutmayın.
DOSYE.ORG
COMMENTS