İcra hakimiyyəti ilə bağlı dezinformasiyalar yayımlanır

Son günlər xəbər portallarında və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayımlanır. Bu barədə dosye.org-a Laçın rayon icra hakimiyyətinin səlahiyyətli nümayindəsi bildirdi. Onun dediyinə görə bəzi sayt rəhbərləri daxil olan məlumatları araşdırmadan birbaşa dərc edir.

– Bu günlərdə Laçın RİH başçısı Akif Səlimovla bağlı dezinformasiyalar yayımlandı. Həmən informasiyalarda göstərilmişdir ki, icra başçısı YAP üzüvlərini müxalifətlə iş birliyində süçlayıb. Nəzərinizə çatdıraq ki, bu cür informasiyalar saxta emaillə saytınların elektron ünvanına göndərilir. İcra hakimiyyətinin səlahiyyətli nümayindəısi kimi bildiririk ki, məlumat tam əsassızdır. Faktlara əsaslanaraq bildirmək istəyirik ki, Laçın RİH başçısı Akif Səlimovun çıxışı video lentə alınıb. 

Dosye.org olaraq nəzərinizə çatdırmaq istəyirik ki, Laçın RİH başçısı Akif Səlimov sayılıb seçilən ziyalılardandır. Məhz onun rayonda abadlıq-quruculuq işləri Laçınlılar tərəfindən yüksək qiymətləndirilib. Saytımızda yayımlanan tənqidi məqaləyə rayon sakinləri qəti etirazlarını bildirdilər. Bütün bunları nəzərə alıb dosye.org-da yayımlanan məqaləni təkzib edirik.

Dosye.org

COMMENTS