İcra hakimiyyətində ŞOK OLAY- Cəlilabadda nə baş verir?

İcra hakimiyyətində ŞOK OLAY- Cəlilabadda nə baş verir?

Son günlər sosial şəbəkə istifadəçiləri tərəfindən Cəlilabad rayon icra hakimiyyətində baş verən xoşagəlməz hadisə ilə bağlı məlumatlar yayımlanır.

Məlumatın nə qədər real olub-olmadığı əməkdlarımız tərəfindən araşdırıldığını söyləyə bilərik. Amma belə bir deyim də var ki, “od olmayan yerdən tüstü çıxmaz”.

DOSYE.ORG saytında Cəlilabad rayonu ilə bağlı xüsusi yer verilir. Zaman-zaman cəlilabadlılar məmur fironluğunun əziyyətini çəkib, olmayan zülmlərə qatlanıblar. Bütün hallarda Qəhrəman cəlilabadlıların yanında olduq, imkan vermədik ki, onların hüquqları tapdalansın. Bəzi hallarda məmurların qarşısına sipər olduq. Bəzi hallarda isə ünvanımıza olmayan böhtanlar, qarayaxmalar səsləndirdilər. Sonda iddialarımız öz təsdiqini tapdı və kimin dəmir barmaqlar arasına getdiyi də məlumdur.

Bu günlərdə yayımlanan məlumatda bildirilir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının mūavini Nazim Şūkūrov Cəlilabad şəhər ərazi dairəsi üzrə yeni təyin edilmiş Ramin Əmənova dediyi söz Ramin Əmənovu stresə salıb. Nəticədə isə qəfil ūrəy tutmasına səbəb olub. Təbii ki, məsələ ilə bağlı araşdırmalar davam edir. Əgər doğrudanda icra hakimiyyətində belə bir hadisə baş veribsə onu detallı şəkildə oxucularımızın diqqətinə çatdıracayıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

COMMENTS