“İcra nümayəndəsi kəndə su çəkilməsi üçün göndərilən boruları satdı…” – NARAZILIQ VAR!

“İcra nümayəndəsi kəndə su çəkilməsi üçün göndərilən boruları satdı…” – NARAZILIQ VAR!

Ordubad rayonunun Dəstə kənd sakini, 67 yaşlı Ağayev Xanlar Şaban oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına müraciət daxil olub. O, kəndin icra nümayəndəsindan şikayətçidir:

“Kəndimizin sabiq icra nümayəndəsi əlifbanı əzbərdən deyə bilməyən, savadsız, “iki eşşəyin arpasın bölə bilməyən”, işlədiyi müddətdə insanları təngə gətirən Şabanov İsfəndiyar Həsən oğlu işlədiyi zaman 4 vəzifə daşıyırdı: kənd icra nümayəndəsi, sovxoz direktoru, YAP sədri və Naxçıvan Ali Məclisinin deputatı.

O vaxt ona nə haqdasa şikayət etmək və yaxud nəsə tələb etmək reyri- mümkün idi. Nəsə tələb edənlərə də hədə-qorxu gəlirdi.

O, sovxozun 2 mərtəbəli inzibati idarə binasını və “tövlə heyəti” adlanan yardımçı tikililərini, kombayn və traktorları, 40 tonluq tərəzini və sair dövlət əmlakını qəpık-quruşa başqalarının adına özəlləşdırmış, hektarlarla pay torpağı mənimsəmişdir.Hal-hazırda ikimərtəbəli inzibati binanı sahibkarlara icarəyə vermişdir.

Ümummilli rəhbərimiz Heydər Əliyevin qayğısı ilə o vaxtlar Araz cayından kəndimizə suvarma su çəkilməsi üçün göndərilən azbest və dəmir borular da onun tərəfindən satıldı. Bu haqda o vaxt şikayət olunsa da bir nəticəsi olmadı. Həmin dəmir borulardan ikisini də mənə satıb. O, dəmir boruların hər birini o vaxt 300 dollar ekvivalenti ilə 240-250 manata sataraq, təxminən 75 000 dollarlı dövlət əmlakını mənimsəmışdir.

Azbest boruları da sovxozun “Gəznə” və “Yalqızağäç” ərazisindən sökdürərək, hamısını satdı. Bu haqda həmin vaxt Ordubad DTX-nın və prokurorlugün arxivində şikayət ərizəsi də var. Mən o vaxtlar bu haqda danışanda məni polislə qorxudurdu, bir neçə dəfə də polisə apartdırmışdı.

İşlədiyi dövrdə kəndimizdə 100-lərlə gəncə pul müqabilində saxta xəstəlik düzəldərək hərbi xidmətdən yayındırıb.

Mən İsfəndiyar Şabanov tərəfindən günahsız yerə şərlənib tutulmamağa görə kəndimi tərk edib, didərgin düşdüm.

Artıq 67 yaşım var. Kəndimə qayıtmaq istəyirəm. Kəndimin içməlı və suvarma suyuna olan ehtiyacı hamı kimi məni də çox narahat edir.

Görəsən, haqq yerini tapacaqmı? El malına göz dikən, xalqın malını yeyən, suvarma suya görə nəzərdə tutulmuş boruları öz malı kimi satan, dövlət əmlakını dağıdan İsfəndiyar Şabanov gec də olsa öz layiqli cəzasını alacaqmı?! Məni bir kənd sakini kimi narahat edən sual budur”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”//

DOSYE.ORG

COMMENTS