İctimai-Siyasi Universitetin rektoru Rasim Nəbiyevin həbsi gözlənilir

Rasim Nəbiyevə qarşı korrupsiya ittihamı üzrə cinayət işinin açılacağı deyilir

 

Bir müddət bundan əvvəl Təhsil Nazirliyi tərəfindən lisenziya müddəti uzadılmayan, yəni qapadılan Azərbaycan İctimai-Siyasi Universitetin keçmiş rəhbərliyi ciddi sıxıntı yaşaya bilər.

 

Bu barədə JAM.AZ-a məlumat verən mənbənin bildirdiyinə görə, yaxın vaxtlarda sözegdən ali təhsil ocağının rəhbərliyində çalışan bir neçə nəfərə qarşı Baş Prokurorluqda cinayət işi başladılacaq.

 

Həmin iddiaya görə, keçmiş rector Rasim Nəbiyev, sabi prorektorlardan biri, habelə maliyyə işlərinə baxan əsas şəxsin istintaq qarşısında cavab verəcəyi gözlənilir. JAM.AZ-a verilən məlumatda qeyd olunur ki, vəziyyətin belə bir şəkil almasına səbəbi kimi saxta sənəd, külli miqdarda pulun vergidən yayındırılması, hebelə, bir çox korrupsiya elementləri göstərilir.

 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS