İdarə rəisinin mənimsədiyi milyonlar- YEVLAXDA

Dosye.org xəbər verir ki, son günlər “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeçiliyi olan bəzi idarələrdə sözün həqiqi mənasında “yeyintilər” bu gün də davam edir.

Etiraf edək ki, ən çox bütccə vəsaiti məhz Suvarma Sistemlər İdarəsi ilə yanaşı, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsində talanır. İdarə rəisləri dövlət vəsaitlərini sanki öz şəxsi vəsait hesab edərək böyük korrupsiya halına yol veriblər desək yanılmarıq.

Etibarlı mənbəmizin verdiyi məlumatlara əsaslanıb deyə bilərik ki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin “xeyirxahlığı” idarə rəislərinə bütcəni talamaq üçün şərait yaradıb. Bu mövzü haqqında kifayət qədər material əldə etmək olar. Lakin yuxarıların “dabrosu” necə deyərlər məsələni qapadır.

Dosye.org-ın bu gün əldə etdiyi digər bir məlumat Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovla bağlıdır. Biləcəksiniz ki, yuxarıda sadaladığımız məlumatlar fakt olaraq dosye.org saytında yayımlanır. Maraqlısı budur ki, bir idarə rəsinin əldə etdiyi milyonlar doğrudanmı dövlətin ayırdığı aylıq əmək haqqıdır? Və yaxud Aran qəsəbəsində tikdirdiyi böyük bazar hansı vəsaitlə inşa edilib? Bunlardan əlavə idarənin balansında olan bütün texnikaları şəxsi təsərrüfatına yönəldib. İdarəyə ayrtılan yanacaq və digər ləvazimatlar isə satışa çıxarılır.

Rayondan verilən son məlumatlara görə Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərov rayonda söz sahibidir. Rəisin yuxarıları “görüm-baxımı” bunu deməyə əsas verir. Bir faktı nəzərinizə çatdıraq ki, Maliyyə Nazirliyinin yoxlamaları idarədə külli miqdarda yeyintilər aşkarladı. İdarənin daxilindən sızan məlumatlarda vurğulanır ki, rəisin “hümanist” addımı məsələni həll edib. Ümüdvarıq ki, bu yazıdan sonra Korrupsiyaya Qarşı Mübarizə idarəsinin əməkdaşları Yuxarı Qarabağ Kanalı İstismar İdarəsini nəzarətə götürəcək. İdarə rəsi tərəfindən mənimsənilən milyonların taleyinə aydınlıq gələcək.

Dosye.org olaraq bildirmək istəyirik ki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə də öz növbəsində dövlətin vəsaitini talayan idarə rəislərə sözünü deməyi bacaracaq. Ən azından biz buna əminik.

Növbəti yazılarımızda Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun yol verdiyi ciddi qanun pozuntuları haqqda geniş məlumat verəcəyik.

Bu istiqamətdə araşdırmalarımız davam edir.

Dosye.org

COMMENTS