Karateçilərimizdən Avropada böyük uğur: 3 qızıl


Karateçilərimizdən Avropada böyük uğur: 3 qızıl

Font ölçüsü

Danimarkanın Aalborq şəhərində keçirilən 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında isə 11-ci qitə çempionatında karate üzrə yığma komandamız daha bir qızıl medal qazanıb.

Dosye.org  xəbər verir ki, bu dəfə komandamızın aktivinə qızıl medalı Əminağa Quliyev yazdırıb. Keçirdiyi beş görüşdə rəqiblərə cəmi bir xal verən Ə.Quliyev (61 kq) 16-17 yaşlı gənclər arasında qitə çempionu olub. Bununla da Azərbaycan karateçilərinin Avropa çempionatında qazandıqları qızıl medalların sayı üçə çatıb.

Ondan bir gün əvvəl isə R.Heydərov (kata) və Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite 63 kq) qızıl, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite 57 kq) isə bürünc medal qazanıblar.

Dosye.org

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.