"Bavariya" "Borussiya" ilə arasındakı xal fərqini azaldıb


"Bavariya" "Borussiya" ilə arasındakı xal fərqini azaldıb

Font ölçüsü

Futbol üzrə Almaniya Bundesliqasının 21-ci turunda Münxen "Bavariya"sı Helzenkirhen "Şalke-04"nü qəbul edib.

Dosye.org  xəbər verir ki, Münxenin "Alyans-Arena" stadionunda baş tutan görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Bavariya" bu qələbə sayəsində xallarının sayını 45-ə çatdırıb və hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Niko Kovaçın komandası lider "Borussiya D" klubundan 5 xal geri qalır. "Borussiya D" ötən gün keçirilən qarşılaşmada "Hoffenhaym" ilə 3:3-lük heç-heçə edərək xal itirib.

Almaniya Bundesliqası. 21-ci tur

"Bavariya" – "Şalke-04" - 3:1

Qollar: 1:0 – Bruma – 11 (avtoqol), 1:1 – Kutucu – 25, 2:1 – Levandovski – 27, 3:1 – Qnabri – 57

Dosye.org

 

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.