Yurçeviç millinin heyətini açıqladı - Kamran yoxdur


Yurçeviç millinin heyətini açıqladı - Kamran yoxdur

Font ölçüsü

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq, martın 25-də isə Bakıda Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Nikola Yurçeviç yığmaya 23 futbolçu dəvət edib.

Maraqlıdır ki, kapitan Kamran Ağayevi, eləcə də Pavel Paşayevi milliyə çağırmayan xorvatiyalı mütəxəssis uzun müddətdir yığmadan kənarda qalan Eddi İsrafilova dəvət göndərib. Bundan başqa, Ömər Buludov, Aleksey İsayev və Əli Babayev ilk dəfə yığmaya çağırılıblar. "Qəbələ" klubundan bir futbolçunun belə milliyə dəvət edilməməsi də diqqət çəkir.

Millinin heyəti

Qapıçılar: Səlahət Ağayev (Neftçi), Emil Balayev (Tobol, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (Qarabağ)

Müdafiəçilər: Maksim Medvedev (Qarabağ), Ömər Buludov (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Rahil Məmmədov (Qarabağ), Anton Krivotsyuk (Neftçi), Təmkin Xəlilzadə (Sabah), Şəhriyar Rəhimov (Səbail)

Yarımmüdafiəçilər: Qara Qarayev (Qarabağ), Riçard Almeyda (Qarabağ), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Emin Mahmudov (Neftçi), Əli Babayev (Sumqayıt), Aleksey İsayev (Sumqayıt), Dmitri Nazarov ("Erzgebirge", Almaniya), Mahir Mədətov (Qarabağ), Namiq Ələsgərov (Neftçi), Araz Abdullayev (Qarabağ)

Hücumçular: Ramil Şeydayev (Krılya Sovetov, Rusiya), Rüfət Dadaşov (Proysen, Almaniya), Mirabdulla Abbasov (Neftçi)

Qeyd edək ki, millimiz martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.