İdmançı deputatın üzünə tüpürdü

Voleybol üzrə Rusiya yığmasının liderlərindən olan Aleksey Spiridonov deputatlardan birinin üzünə tüpürüb

 

Məlumata görə, voleybol üzrə Rusiya və Polşa yığma komandalarının oyunundan sonra azarkeşlərdən biri rus oyunçulara “Krımı qaytarın” deyə qışqırıb.

Bundan əsəbiləşən Aleksey Spiridonov onun üzünə tüpürüb.

Qalmaqaldan sonra məlum olub ki, Spiridonovun üzünə tüpürdüyü azarkeş Marek Matuşevskidir. O, Polşanın deputatıdır və polyak parlamentində Hüquq və Ədalət Partiyasını təmsil edir.(ANS)

COMMENTS