“İdmanla məşğul oluram” – İlham Əliyev

“Mən özüm uşaqlıq yaşlarımdan idmanla məşğul olurdum. Bu gün də məşğul oluram və hər bir insana bunu məsləhət görürəm. Ancaq peşəkar idmançı deyildim”.

 

“Qafqazinfo” AzTV-yə istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev ötən həftə Çinin Nankin şəhərində yeniyetmələr arasında keçirilən ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvləri ilə görüşündə deyib.

 

İ. Əliyev bildirib ki, o həmişə fikirləşir ki, Azərbaycan idmanını mütləq inkişaf etdirməliyik: “Çünki gözəl potensial, xalqımızın ənənələri, ənənəvi idman növlərimiz var və xalqımız fiziki cəhətdən çox hazırlıqlıdır, güclüdür”.

COMMENTS