İki əmioğlu traktorun altında qaldı – FACİƏ

Türkiyənin Düzcə bölgəsinin Çilimli mahalında sürücünün diqqətsizliyi faciəyə səbəb olub.

 

Dosye.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Belə ki, Çimli İlçəsinə bağlı Kırharman kəndində faciənin baş verməsinə səbəb olan 17 yaşlı Caner Met, idarə etdiyi traktorla yoldan çıxıb və fındıq bağına girərək aşıb. Qəza nəticəsində traxtorun sürücüsü Caner Met və yanında oturan 18 yaşlı əmisi oğlu Yusif Met ağır bədən xəsarətləri alaraq xəstaxanaya yerləşdiriliblər. Lakin bütün müdaxilələrə baxmayaraq 17 yaşlı Caner Metin həyatını xilas etmək mümkün olmayıb. Ağır bədən xəsarətləri alan digər əmisi oğlu Yusif Metin isə vəziyyətinin ağır olduğu bildirilir.

Qəza ilə bağlı araşdırma aparılır.

COMMENTS