İki aparıcı “Lider”ə qayıtdı

İki aparıcı “Lider”ə qayıtdı

Aparıcılar Könül Muxtarova və Zaur Nəbioğlu yenidən “Lider” telekanalında fəliyyətə başlayıblar.

Dosye.org Axşam.az-a istinadən xəbər verir ki, onlar səhər saatlarında efirə gedəcək “7 gün” verilişinə aparıcılıq edəcəklər. Proqram hər gün saat 09:15-də başlayacaq.

Qeyd edək ki, K.Muxtarova ötən televiziya mövsümü başa çatanda telekanaldan ayrıldığını bildirmişdi. Bir müddət əvvəl o “Xəzər”də aparıcılıq edirdi.

Z.Nəbioğlu isə artıq bir neçə ildir “Lider”dən çıxıb. O, bir müddət ANS və ATV-də çalışmış, daha sonra aparıcılıqdan uzaqlaşmışdı.

Dosye.org

COMMENTS