İki avtomobil toqquşdu – yaralılar var

İki avtomobil toqquşdu – yaralılar var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Musavat.com-un məlumatına görə, hadisə Moskva prospektində qeydə alınıb.
 
Xırdalandan şəhər mərkəzinə doğru gələn istiqamətdə “Mersedes” və VAZ-2106 markalı avtomobillər toqquşub. Toqquşmadan sonra “Mersedes” yolayırıcısına çırpılıb, daha sonra yolun əks istiqamətinə düşüb. Qəza nəticəsində “Mersedes”in hələlik şəxsiyyyəti müəyyən edilməyən sürücüsü ağır xəsarətlər alıb. Onun deformasiyaya uğramış avtomobildən çıxarılması üçün hadisə yerinə FHN xilasediciləri cəlb olunub. Xilasedicilər yaralını xəstəxanaya çatdırıblar.
 
Qeyd edək ki, qəzadan sonra hadisəyə baxmaq üçün dayanan avtomobillər tıxac yaratdığından, təcili tibbi yardım avtomobili qəza yerinə vaxtında çata və yaralı sürücünü götürə bilməyib. 

COMMENTS