“İki cəbhədə oynamağa gücümüz yoxdur” – Aftandil Hacıyev

“İki cəbhədə oynamağa gücümüz yoxdur” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsində evdə “Zirə”yə uduzduqları (2:3) qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az xəbər verir ki, gənc mütəxəssis ilk olaraq oyun haqda danışıb.

– Maraqlı oyun alındı. Planımızda erkən qol vurmaq idi ki, buna nail olduq. Eyni zamanda qapımızı toxunulmaz saxlamalı idik. Ancaq cavab oyununda buna nail olmaq çətindir. Bu, böyük diqqət tələb edir. Bunu edə bilmədik. Bir neçə futbolçumuz ağrıkəsici iynə ilə meydana çıxmışdı. Onlara təşəkkür edirəm. Zədəylə bağlı itkilərimiz var idi. Bugünkü gündə iki cəhbədə oynamağa hazır deyilik. Qışdan sonra bütün diqqətimizi çempionata yönəldəcəyik. İstirahətə ehtiyacımız var.

– Çempionatda bir müdddətdi fasilədir. Kuboka köklənmək baxımından hansı problemlər vardı?

– Birinci qarşılaşmanı ilk hissədən 10 nəfərlə oynamışdıq. Hakim diqqətli olsaydı, rəqib də 10 nəfərlə oynamalı idi. Həmin matçda qırmızı vərəq almalı olan Andran Skarlatake bu gün meydanda olmalı deyildi. Ancaq bununla “Zirə”nin qələbsinə kölgə salmaq istəmirəm. Heyətimz kasaddır, ancaq şikayət etmirəm. Yarımfinala çıxsaydıq belə, iki cəbhədə oynamağa gücümüz yoxdur.

– Qışda hansı transferləriniz olacaq?

– Ehtiyat qüvvəmizin yoxluğunu demək də düzgün olmazdı. Sadəcə, bir neçə futbolçumuz qış fasiləsinədək sıradan çıxdı. Futbolda əvvəldən dəqiq bir şey demək çətindir. Sadəcə, son oyunları zədəsiz çıxmaq istəyirdik. Rəhbərliklə də söhbətimiz olacaq. Gedənlər və gələnlər olacaq.

– Kubokda qırmızı vərəqə almaqla komandanı çətin vəziyyətə qoyan makedoniyalı legioner Tome Kitanovskiylə yollarınızı ayıracaqsınız?

– Onunla cidid söhbətim oldu. Mövsümün ilk yarısında özünü həqiqətən intizamsız futbolçu kimi göstərdi. Ancaq oyunçu keyfiyyətlərində razıyıq deyə hələ yekun qərarımızı verməmişik. Tome ciddi cəriməsini aldı. İntizamsızlığını bir daha təkrarlamayacağını dedi

Dosye.org

COMMENTS