İki övlad anasının 3 ay ömrü qalıb – KÖMƏK EDƏK!

İki övlad anasının 3 ay ömrü qalıb – KÖMƏK EDƏK!

40 yaşlı Quliyeva Vüsalə Nüsrət qızı bir neçə ildir kəskin qaraciyər serrozundan əziyyət çəkir.

Qazax şəhəri, Azadlıq küçəsi ev 72-də, yaşayan Quliyeva Vüsalə Nüsrət qız ölüm ayağındadır. Qaraciyər serrozundan əziyyət çəkən iki uşaq anası, ixtisasca müəllimə olan Vüsalə Prezident İlham Əliyevdən və bütün imkanı olan şəxslərdən kömək istəyir.

Diaqnozlar arasında qaraciyər xəstəliyi ilə bağlı rəy olmadığını deyən Vüsalə Quliyeva deyir ki, bir neçə il əvvəl gecə saatlarında qəflətən vəziyyəti pisləşir: “Ciddi ağrılar hiss etmirdim. Amma nəfəs almağım çox çətinləşmişdi. Məni ultrasəs müayinəsinə apardılar. Orda diaqnoz qoyuldu ki, qarnıma maye yığılıb. Həcmi o qədər böyük idi ki, nəfəs ala bilmirdim. Müayinədən sonra evə gəldim. Gecə yenə vəziyyətim pisləşdi. Təcili yardım çağırdılar və xəstəxanaya yerləşdirildim”.

Vüsaləyə serroz diaqnozu da 2017-ci ildə qoyulub: “İlk olaraq xəstəliklə bağlı Qazaxda müalicə almışam. Müalicədən sonra su çəkildi. Mütəmadi müalicələrim başladı. Amma müalicələr əvvəlki kimi effekt vermədi. Həkim dedi ki, artıq mənim edəcəyim bir şey yoxdur. Bizə cərrahla görüşməyi məsləhət gördü. Biz də getdik cərrahla görüşdük. Düşündük ki, bəlkə əməliyyatlıq deyil, müalicə ilə sağalar. Amma yenə də eyni diaqnoz qoyuldu. Dedilər qaraciyər bitib. Təcili olaraq 3 ay müddətində qaraciyər köçürülməlidir”.

Hazırda Vüsalə özünü çox pis hiss edir. Zəifdir, hemoqlobinin səviyyəsi aşağı olduğundan, demək olar ki, sərbəst gəzə də bilmir, başgicəllənmələrindən, iştahasızlıqdan əziyyət çəkir.

“Səhhətim yaxşı deyil. Mənə qaraciyərin kəskin serrozu diaqnozu qoyulub. Qaraciyər köçürülməsinə ehtiyacım var. Bunun üçün Prezident İlham Əliyevə və bütün imkanı olan şəxslərə müraciət edirəm, həyatıma biganə qalmasınlar”.

Qeyd edək ki, qaraciyər insan orqanizminin ən mürəkkəb və metabolik olaraq fəal orqanı hesab edilir. Qaraciyərə regenerasiya xüsusiyyəti xasdır və o, hətta öz kütləsinin 70% itirdikdə belə bərpa olmağa qadirdir. Sağlam qaraciyər kifayət qədər böyük həcmə malikdir, o, hətta 7-% həcminin çıxarılması halında da orqanizm üçün kifayət qədər fəaliyyət göstərmək iqtidarındadır.

Qaraciyər köçürülməsi dedikdə xəstənin çıxarılmış qaraciyəri mövqeyinə donor orqanının yerləşdirilməsi başa düşülür. Əmək sərf edilməsi, texniki mürəkkəbliyi və zədələnməsinə görə qarın boşluğu orqanlarının ən mürəkkəb cərrahi müdaxilə əməliyyatı hesab olunur və xüsusi şərait və biliklərin mövcudluğunu tələb edir.

Dosye.org

COMMENTS