İki polis həyatını itirdi

İki polis həyatını itirdi

Polis əməkdaşları işğaldan azad olunan ərazidə ehtiyatsızlıqdan həyatlarını itiriblər

İşğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Belə ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

COMMENTS