İki rayonda güclü külək fəsadlar yaradıb

Ötən gecə Zaqatalada güclü küləklə müşayiət olunan yağış rayon təsərrüfatına ciddi ziyan vurub.

 

Dosye.az Kanal S-ə istinadən bildirir ki, 600-dən çox irigövdəli ağac və 120 ədəd elektrik dirəyi aşıb. Qaz xətləri sıradan çıxıb, yollara ziyan dəyib. Şəhər ərazisində 300-dən çox müxtəlif təyinatlı binaya, eləcə də 8 avtomobilə ziyan dəyib. Fəsadları aradan qaldırmaq üçün gecə saatlarından etibarən ərazilərə Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb ediliblər. Nəqliyyat və piyadaların hərəkətini təmin etmək məqsədilə hazırda küçələrdə təmizlik işləri davam edir.

Rayona elektrik və qazın verilişi dayandırılıb. Baş vermiş hadisə ilə bağlı Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb. Hər iki nazirlik komissiya yaradaraq rayona ezam edib. Təbii fəlakət nəticəsində rayona dəymiş ziyanın miqdarı hesablanır.

COMMENTS