İki rayonu talamış başçıdan tələbələrə 20 qəpiklik “ruçka”

Paytaxtın Səbail rayonundan Nəsimi rayonuna başçı təyin olunandan sonra Asif Əsgərov heç nə ilə fərqlənmədi

Dosye.org  xəbər verir ki, Bakının mərkəzi rayonlarından birinə rəhbərlik edən A.Əsgərov yenə də maliyyə maxinasiyaları ilə ad çıxarır.

Medianın hər zaman diqqət mərkəzində olan icra başçısı təsadüfi deyil ki, iki rayonda dövlət büdcəsini qeyri-şəffaf xərcləməkdə ittiham olunub.

A.Əsgərov Səbailə rəhbərlik etdiyi dövrdə mətbuatı qərəzdə suçlayırdısa, Nəsimiyə keçidindən sonra bu arqument də uğursuz oldu. Çünki Nəsimi rayonunda heç bir iş görməyən icra başçısı köhnə sistemi bərpa edib.

Bu haqda mətbuatda kifayət qədər materiallar dərc olunub. Onların bir qismi ilə tanışlıq yetərlidir ki A.Əsgərovun Nəsimi rayonundakı fəaliyyətindən agah olasan.

Elə bunun nəticəsi olaraq icra başçısı Zaqatalada 2,5 milyona villa tikdirib. Olduqca dəbdəbəli görünüşə sahib imarət üçün tikinti materialları ölkə xaricindən gətirilib.

Qeyd edək ki, Asif Əsgərov 2006-2009-cu illərdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı işləyib. Bu müddətdə özü üçün böyük var-dövlət toplayan icra başçısının Zaqatalada bir çox obyektləri və dəbdəbəli evi var.

Onun həmçinin paytaxtın və ölkənin bəzi yerlərində çox sayda evi, bir neçə villasının olması barədə məlumatlar var. Böyük biznes şəbəkəsinə sahib olan Asif Əsgərovun Bakıda dəyəri milyonlarla manat olan obyektləri fəaliyyət göstərir.

Əslində, Nəsimi rayonunun icra başçısı Asif Əsgərov özünün əməlləri və oğlu İlham Əsgərlinin hərəkətlərilə ölkə mətbuatının həmişə gündəmini zəbt edib.

Oğlu “Mc Donald`s”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olub. Bu arada isə A.Əsgərov haqda rüsvayçı xəbər yayılıb.

Dosye.org oxuculardan birinin verdiyi məlumata görə, Nəsiminin icra başçısı bu il 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb. Tələbələri təbrik edən və onlara uğurlar arzulayan A.Əsgərov yekunda mükafatları təqdim edib.

Bir qrup valideynin verdiyi xəbərdə bildirilir ki, icra başçısı tələbələrə 20 qəpik qiyməti olan qələm bağışlayıb.

Bunu təhqir kimi qiymətləndirən valideynlərin sözlərinə görə, icra başçısı daha layiqli hədiyyələr verə bilərdi. Tələbələrə 20 qəpiklik qələm verməklə həm onları aşağılayıb, həm özünü rəzil duruma salıb.

Valideynlər bildiriblər ki, təhsilə hər zaman dövlət qayğısı olub: “Prezident təhsilin inkişafında və bacarıqlı, yüksək nəticə göstərmiş tələbələrin qayğısına qalmaqda hər zaman həssas olub. Ancaq icra başçısı prezident tərəfindən təyin olunduğunu unudub və rüsvayçı addım atıb”.(Politika.Az-a)

Dosye.org

COMMENTS