İlhamə Quliyevanın vəziyyəti ağır olaraq qalır

Bu günlərdə səhhətinin ağırlaşması ilə bağlı xəstəxanaya yerləşdirilən müğənni İlhamə Quliyevanın vəziyyəti dəyişməz olaraq qalır.

Musavat.com-un əməkdaşı müğənni ilə əlaqə saxlayıb. İlhamə Quliyeva bildirib ki, müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında daim həkim nəzarətindədir, özünü hələ də yaxşı hiss etmir.

Qeyd edək ki, bundan öncə musavat.com-a açıqlama verən müğənni ayaqlarında fəsadlı çiban yaraları çıxdığından tezliklə xəstəxanada yatacağını demişdi.

Lakin sonradan təcili xəstəxanaya yerləşdirilən müğənni şəkər xəstəliyi bağlı yaşadığı kritik durumla əlaqədar vəziyyətinin ağırlaşdığını bildirmişdi.

COMMENTS