İlham Əliyevə müraciət – “Cənab prezident haqqımı yeyənləri cəzalandırın”

İş adamı, “Avesta” Şirkətlər Qrupunun prezidenti Hacı İbrahim Nehrəmli tərəfindən aldadıldığı bildirilən Elşad Məmmədov prezident İlham Əliyevə müraciət edib.

Avropa.info xəbər verir ki, iş adamı müraciətində Hacı İbrahim Nehrəmli tərəfindən aldadıldığını və şikayətlərinə məhəl qoyulmadığını bildirib.

Cənab prezident, 4 ildir ailəmlə evsiz qalmışam. “AVESTA” şirkətinə daxil olan “Həsən-96” MTK-nın 51 və 52 mənzillərini 335 min manat ödəyərək almışam. Lakin, Hacı İbrahim Nehrəmli pulumla aldığım evlərimi mənə verməkdən imtina edir. Dəfələrlə ölkədəki məhkəmə, prokurorluq orqanlarına müraciət etsəm də bir nəticəsi olmayıb. Hacı İbrahim Nehrəmlinin dələduz əməlləri ilə bağlı heç bir ölçü götürülməyib.

Sizin son zamanlar imzaladığınız fərman və sərəncamlar məni bu məktubu ünvanlamağa sövq edib. Həmçinin, sizin “mənə haqsızlıqlar barədə bir işarə, siqnal verin” sözlərinizdən sonra, bu müraciəti etmək qərarına gəldim.

Cənab prezident mən övladlarımla birlikdə evsiz-eşiksiz qalmışam. Sizdən mənim haqqımı yeyənlər haqqında ölçü götürməyinizi xahiş edirəm.”

COMMENTS