Azərbaycan prezidenti İlham Əliyev Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar incəsənət xadimi”
Atayev Fəxrəddin Qəhrəman oğlu
“Əməkdar artist”
Əliyev Telman Adil oğlu
Əsədov Çingiz Eynulla oğlu
Qubadov Ceyhun Şahbala oğlu
Şahmuradova Nigar Oqtay qızı
Şahmuradova Viktoriya Aleksandrovna
Talıbzadə Xuraman Səmədağa qızı.
***
Dövlət başçısının sərəncamı ilə Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Ağaverdi Ağa Əli oğlu Paşayev “Şöhrət” ordeni ilə təltif edilib.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.
“APA-Economics”in məlumatına görə, müəyyən edilib ki, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulur.
Sərəncamda nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.
Nazirlər Kabinetinə tapşırılıb ki, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Mingəçevirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi məqsədi şəhərdə çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılıb.
***
Prezident İlham Əliyev İsgəndər Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Təqaüd İ. Cavadovun Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təyin olunub.
Dosye.org
COMMENTS