Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mahir Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dosye.org sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, M.Quliyev Biləsuvar İH-nin başçısıdır.
Prezident İlham Əliyev Ə.R.Rəhimlinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm Rəhim oğlu Rəhimli “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Əlibəyov İnqilab Vəlibəy oğlu
“Tərəqqi” medalı ilə
Abıyev Aydın Müstəcəb oğlu
Cəfərov Vilayət Abbasqulu oğlu
Həsənova Esmeralda Yusub qızı.
Prezident İlham Əliyev S.Ə.Rüstəmova-Tohidiyə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Solmaz Əli qızı Rüstəmova-Tohidiyə “Əməkdar elm xadimi” fəxri adı verilsin”.
Dosye.org
COMMENTS