İlham Əliyevin forumdakı çıxışı Gürcüstan mətbuatında

İlham Əliyevin forumdakı çıxışı Gürcüstan mətbuatında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

DOSYE.ORG AZƏRTAC-a istinadən xəbər verir ki, bu ölkənin “resonancedaily.com”, “imedinews.ge”, “newshub.ge”, “primetime.ge”, “for.ge”, “alt-info.ge” informasiya portalları, eləcə də “1tv.ge” televiziyası Azərbaycan Prezidentinin Avropanın bəzi ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşması faktı ilə bağlı fikirlərini geniş işıqlandırıb.

Prezident İlham Əliyevin çıxışına istinadla yayılan məlumatlarda deyilir: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.

COMMENTS