Parlament seçkisindən dərhal sonra 2 nazir vəzifəsi ilə vidalaşacaq. Bu barədə istiqlal.az-a hakimiyyətə yaxın çevrələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, prezidentin qara siyahısında ilk yeri xarici işlər naziri Elmar Məmmədyarov tutur: “Səfir Arif Məmmədovun və başqa diplomatların “qiyamçı” hərəkətlərinin bədəlini Məmmədyarov ödəməli olacaq. Ümumiyyətlə, diplomatic korpusda ciddi islahatlar gözlənilir. İslahatları isə yeni nazir aparmalı olacaq.”
Mənbənin sözlərinə görə, Ziya Məmmədov da prezidentin qara siyahısına daxildir: “Son müşavirədə prezident İlham Əliyevin nəqliyyat sistemində özbaşınalığı, insanların incidilməsini kəskin tənqid etdi. Bu artıq Z.Məmmədovun etimad limitinin bitməsinə işarə idi. Bunun ardınca paytaxtda sərnişin daşınmasının Z.Məmmədovdan alınması və Bakı şəhər İcra Hakimiyyətinə verilməsi barədə xəbərlər yayıldı.
Nəhayət, nazirin qardaşı Elton Məmmədov YAP-ın siyahısında yer almadı. Onun seçildiyi 91 saylı Ucar seçki dairəsindəə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibi Vüsal Hüseynovun namizədliyi irəli sürülüb və YAP onun namizədliyin dəstəkləyir. Görünən budur ki, Z.Məmmədov qrrupunun etimad limiti artıq bitib”.
COMMENTS